Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeniyetmə və gəncləri dini radikal və ekstremist təsirlərdən qoruyaq” mövzusunda dəyirmi masa keçirilib

24 may 2022 | 17:38

Dini radikalizm və ekstremizmə qarşı mübarizədə vətəndaşlar dövlət orqanları ilə birlikdə fəal iştirak etməli, bu sahədə ictimai nəzarətin formalaşdırılmasına öz töhfələrini verməlidirlər. 24 may 2022-ci il tarixində Göygöl rayon İcra Hakimiyyətinin  və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri dini radikal və ekstremist təsirlərdən qoruyaq” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masa Göygöl rayon Heydər Əliyev Mərkəzində rayon ümumtəhsil məktəblərinin müəllimlərinin və gənclərin iştirakı ilə  təşkil olunub.

Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsininin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov bildirib ki, mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, Respublikamız nəinki regionun, hətta dünyanın ən sabit ölkələrindən biridir. Ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar qardaşlıq, dostluq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndəsi Orxan Seyidov  çıxış edərək, bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə ətraflı məlumat verib.

Çıxışların sonunda “Fitnə” filmi nümayiş olundu.

Keçidlər