“Yeniyetmə və gəncləri dini radikal təsirlərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
15 mart 2023 | 17:04
Göygöl Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri dini radikal təsirlərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib. Keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl rayon O.Cabbarov adına Firuzabad qəsəbə tam orta məktəbin direktoru Məcid Məmmədov, məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə ətraflı məlumat verməklə yanaşı, belə bir mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, Respublikamızın nəinki regionun, hətta dünyanın ən sabit ölkələrindən biri olduğunu vurğulayıblar. Yeniyetmələrin yad ideologiyaların təsiri altına düşməməsi üçün valideynlərin onların üzərində nəzarəti artırmasının vacibliyini qeyd edən çıxışçılar, gənclərin radikal dini təriqətlərin təsiri altına düşməsinin qarşısının alınmasında bütün sağlam qüvvələrin səfərbər olunmasını prioritet məsələ kimi qeyd ediblər.
Çıxışlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub. Sonda iştirakçılarının sualları cavablandırılıb.
Çıxışlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub. Sonda iştirakçılarının sualları cavablandırılıb.