Şriftin ölçüsü :

Saytın rəngi :

Yeniyetmə və gənclər arasında “Heydər Əliyev Məktəbini öyrənirik” başlığı altında intellektual bilik yarışı keçirilib

05 may 2023 | 18:13
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Xəmsə" Milli İntellektual Oyunu üzrə Göygöl birinciliyi Göygöl Rayon İcra hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsinin və Gənclər evi ilə birgə təşkilatçılığı əsasında Heydər Əliyev irsinin gənclərə aşılanması, gənclərin intellektual potensialının inkişaf etdirilməsi, dünya görüşlərinin formalaşdırılması və intellektual oyunların rayon gəncləri arasında təbliğ olunması məqsədi ilə keçirilir.
Göygöl birinciliyinin qrup oyunlarında 12, 19, 28 aprel 2023-cü il tarixlərinə müvafiq olaraq A qrupunda Göygöl şəhər 6 nömrəli tam orta məktəbin "Dəmir Yumruq" komandası, Göygöl Texniki Təbiət Fənləri Təmayüllü Liseyin "BozQurd" komandası, Firuzabad qəsəbə tam orta məktəbin "Qaliblər" komandası, B qrupunda Göygöl şəhər 5 nömrəli tam orta məktəbin "Zəfər" komandası, Xaqani kənd tam orta məktəbin "İşıq" komandası, Hacıməlik qəsəbə 1 nömrəli tam orta məktəbin "Uğur" komandası, C qrupunda isə Göygöl şəhər 1 nömrəli tam orta məktəbin "SmartTeam" komandası, Göygöl şəhər 3 nömrəli tam orta məktəbin "Şuşa" komandası, Mollacəlilli kənd tam orta məktəbin "Uğur" komandası mübarizə aparmışdır.
05 may 2023-cü il tarixdə birinciliyin final mərhələsi keçirilmişdir. Qrup oyunlarında qalib olaraq final mərhələsində Texniki Təbiət Fənləri Təmayüllü Liseyin "BozQurd" komandası, Hacıməlik qəsəbə 1 nömrəli tam orta məktəbin "Uğur" komandası və Göygöl şəhər 3 nömrəli  tam orta məktəbin "Şuşa" komandası iştirak etmişdir.  "Xəmsə" Milli İntellektual Oyunu üzrə “Heydər Əliyev Məktəbini öyrənirik” başlığı altında keçirilən Göygöl birinciliyin qalibi Göygöl Texniki Təbiət Fənləri Təmayüllü Liseyin "BozQurd" komandası olmuşdur. İştirakçıları və qalibləri təbrik edirik.
Keçidlər