Yeni İnternet xətlərinin çəkilişi
08 dekabr 2023 | 18:59
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin əsas operatoru olan “Aztelekom” MMC-nin Qərb Regional Filialının Göygöl şöbəsinin ərazisində sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi həyata keçirilir.
Hazırda ərazidə 8353 ev təsərrüfatının genişzolaqlı internet şəbəkəsinə çıxış imkanı yaradılıb. 2024-cü ilin sonuna qədər daha 9566 təsərrüfatın GPON şəbəkəsinə qoşulma imkanı təmin ediləcək.
Yeni fiber-optik GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri və digər xidmətlər təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:
• İnternet
• internet+telefoniya
• internet+televiziya
• internet+telefoniya+televiziya paketi (3-ü birində)