Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili”ndə Göygöl rayonunda növbəti ağaçəkmə aksiyası keçirilib

24 dekabr 2024 | 17:07

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Rayon İcra Hakimiyyətinin və 10 saylı Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə Hacıkənd meşəbəyiliyinin 2 saylı meşə dolayında ağacəkmə aksiyası təşkil olunub. Ağacəkmə aksiyasında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, 10 saylı Göygöl RMTM-nin, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin, Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Göygöl Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin əməkdaşları iştirak ediblər. Təşkil olunan ağacəkmə aksiyasi çərçivəsində 1650 ədəd palıd, cökə, çinar və göyrüş cinsindən olan ağac tinglərinin əkini işləri aparılıb.

Keçidlər