XII əsrə aid Balçılı Qalası
27 mart 2023 | 10:15
Balçılı qalası Göygöl rayonunun Balçılı kəndinin ərazisində yerləşir. XII əsrə aid möhtəşəm Balçılı Qalası Gəncənin müdafiəsində olduqca mühüm rol oynamışdır. Ancaq möhtəşəmliyinə və böyüklüyünə görə Gəncə ətrafında olan qalalar arasında Balçılı Qalası ən əzəmətlisi hesab oluna bilər. Bundan əlavə bu qalanın ətrafında dağın ətəyində təxminən 50 hektar sahədə əlavə qala divarları çəkilib. Görünür ki, orda əsasən əkinçi və sənətkar əhali məskunlaşıb. Onların ictimai binaların qalıqları, istifadə etdikləri ocaq yerləri hazırda qalmaqdadır.