Şriftin ölçüsü :

Saytın rəngi :

“Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmi” mövzusunda maarifləndirici tədbir keçirilib

08 iyun 2022 | 17:33

08 iyun 2022-ci il tarixində Göygöl rayon İcra Hakimiyyətinin  və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə  “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda maarifləndirici tədbir keçirilib.

     Tədbir Göygöl rayon Mərkəzi Kitabxana Sisteminin oxu zalında Göygöl rayon Heydər Əliyev Mərkəzinin və kitabxananın əməkdaşlarının iştirakı ilə  təşkil olunub.

      Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov xalqımızın zəngin milli dəyərlərə sahib olduğunu və bu dəyərləri əsrlərlə yaşadaraq gələcək nəsillərə çatdırılması barədə danışdı. O,  Azərbaycanda  tolerantlığın və multikulturalizmin dərin tarixi və mədəni köklərindən bəhs edərək, bu gün Prezident cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində Respublikamızın nəinki regionun, hətta dünyanın ən tolerant və multikultural ölkələrindən biri olduğunu bildirdi.

          Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndəsi Orxan Seyidov  çıxış edərək, Azərbaycanda mövcud olan tolerantlıq və multikultural dəyərlər barədə ətraflı məlumat verdi. O, xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki önəmindən bəhs etdi və bu sahədə ölkəmiz dünyaya bir nümunə olduğunu bildirdi.

 Tədbirin sonunda “Vəhdət qanımızdadır” sənədli filmi nümayiş olunub.

Keçidlər