Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Yusubov Sabir Firdovsi oğlunun ikinci ildönümü məzarı başında qeyd edilib, ehsan bulağı və ailəsi ziyarət olunub

15 oktyabr 2022 | 16:38
     15 oktyabr 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, qazilər və  ictimaiyyət nümayəndələri tərəfindən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Yusubov Sabir Firdovsi oğlunun ikinci ildönümündə Göygöl rayonunun Topalhəsənli kənd qəbiristanlığındakı məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb. Sonra şəhidin ehsan bulağı və ailəsi evində ziyarət edilib.
      Xatırladırıq ki, şəhid Yusubov Sabir Firdovsi oğlu 6 oktyabr 1990-cı ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuşdur. 1998-ci ildə Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə  iştirak etmişdir. Sabir Yusubov 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Ailəli idi, 2 övladı var.
Keçidlər