Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Tarix Həsənovun xatirəsi anılıb

26 yanvar 2023 | 13:34
44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalan Həsənovun Tarix Sucayət oğlunun əziz xatirəsi yad olunub
Əvvəlcə tədbir iştirakçıları şəhidin Göygöl şəhər Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edərək önünə gül dəstələri düzülüb, ruhuna dualar oxuyub. Sonra şəhidin ailəsi evində ziyarət edilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, şəhid Həsənov Tarix Sucayət oğlu 30 yanvar 1986-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində anadan olub. 1988-ci ildə ailəsi ilə birgə Göygöl rayonunun Çaykənd kəndinə köçüb. Tarix Həsənov 1992-ci ildə E.Xanlarov adına Göygöl rayon Çaykənd kənd ümumi orta məktəbin 1-ci sinfinə qəbul edilib. 2003-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib.
2004-cü ilin oktyabr ayından 2006-cı ilin aprel ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2009-cu ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edib. Tarix Həsənov 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. 26 yanvar 2021-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilib. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şücaətə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Evli idi, 2 övladı var.
Keçidlər