Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Şirzad Mirzəyevin xatirəsi anılıb

14 yanvar 2023 | 14:41
13 yanvar tarixində 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalan Mirzəyev Şirzad Mirzə oğlunun əziz xatirəsi yad olunub
Əvvəlcə tədbir iştirakçıları şəhidin Göygöl şəhər Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edərək önünə gül dəstələri düzülüb, ruhuna dualar oxuyub. Sonra şəhidin ailəsi evində ziyarət edilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin əməkdaşları,  şəhidin ailə üzvləri, qazilər və  ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, şəhid Mirzəyev Şirzad Mirzə oğlu 1 avqust 1996-cı ildə Göygöl rayonunun Qarabulaq kəndində anadan olub. 2003-cü ildə Qarabulaq kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilib.  2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib.
2014-cü ilin oktyabr ayından  2016-cı ilin aprel ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edib. Şirzad  Mirzəyev 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olub. 13 yanvar 2020-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilib. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Evli idi, bir övladı var.
Keçidlər