Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Səhman Musayevin xatirəsi anılıb

28 fevral 2023 | 17:43
44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalan Musayev Səhman Qəşəm oğlunun əziz xatirəsi yad olunub.
Əvvəlcə tədbir iştirakçıları şəhidin Göygöl şəhər Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub. Sonra şəhidin ailəsi evində ziyarət edilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, şəhid Musayev Səhman Qəşəm oğlu 1 yanvar 2000-ci ildə Göygöl şəhərində anadan olub. 2006-cı ildə Göygöl şəhər İ.Novruzov adına 4 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilib. 2015-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2015-ci ildə Tovuz Dövlət Sosial İqtisad Kollecinə qəbul olub. 2019-cu ildə həmin kolleci bitirib.
2019-cu ilin iyul ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman Cəbrayıl və Xocavənd istiqamətində gedən hərbi döyüşlərdə iştirak edib. Səhman Musayev 27 fevral 2021-ci il tarixdə Ağdam rayonunun Şelli kəndində şəhid olub. 28 fevral 2021-ci il tarixdə Göygöl şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Subay idi.
Keçidlər