Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Muradov Nadir Əhməd oğlunun ildönümü məzarı başında qeyd edilib və ailəsi ziyarət olunub

12 yanvar 2023 | 16:54
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, hüquq mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri tərəfindən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Muradov Nadir Əhməd oğlunun ildönümündə Göygöl şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb. Sonra şəhidin ailəsi evində ziyarət edilib.
Xatırladırıq ki, şəhid Muradov Nadir Əhməd oğlu 18 noyabr 1996-cı ildə Göygöl rayonunun Gəncə kəndində anadan olmuşdur. 2002-ci ildə Göygöl rayon X.Muradov adına Gəncə kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2013-cü ildə hamin məktəbin 11-ci sinfini bitirmişdir. 2014-cü ilin yanvar ayından 2015-ci ilin iyul ayınadək "N" saylə hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2018-ci ildə "N" sayıl hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamısdır.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Nadir Muradov 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamatində gedən döyüşlərdə şəhid olmuşdur. 12 yanvar 2020-ci il tarixdə Göygöl Şahidlər Xiyabanında dəfn edilibdir.
Ölkə Prezidentinin müvafiq Sərəncamlarına asasan ölümündən sonra "Vətən uğrunda", "Şücaətə görə" və "Kəlbəcərin azad olunmasına görə" medallar ilə təltif edilib.
Subay idi.
Keçidlər