Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Mikayıl İsgəndərovun xatirəsi anılıb

15 yanvar 2023 | 14:04
44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalan İsgəndərov Mikayıl Vəkil oğlunun əziz xatirəsi yad olunub
Əvvəlcə tədbir iştirakçıları şəhidin Göygöl rayonunun Topalhəsənli kənd qəbiristanlığında yerləşən məzarını ziyarət edərək önünə gül dəstələri düzülüb, ruhuna dualar oxuyub. Sonra şəhidin ailəsi evində ziyarət edilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, şəhid İsgəndərov Mikayıl Vəkil oğlu 10 fevral 1997-ci ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olub. 2003-cü ildə Göygöl rayonu Topalhəsənli kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilib. 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib.
2015-ci ilin aprel ayından 2016-cı ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edib. Mikayıl İsgəndərov 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. 15 yanvar 2021-ci il tarixdə Topalhəsənli kənd qəbiristanlığında dəfn edilib. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Şücaətə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
Keçidlər