Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Məmmədov Samir Ramiz oğlunun ikinci ildönümü məzarı başında qeyd edilib və ailəsi ziyarət olunub

13 oktyabr 2022 | 17:26
     13 oktyabr 2022-ciil tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP rayon təşkilatının sədri Vüqar İsayev, Şəhid ailələri və Qazilər tərəfindən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Məmmədov Samir Ramiz oğlunun ikinci ildönümündə Göygöl şəhər Şəhidlər xiyabanında məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb. Sonra şəhidin ailəsi evində ziyarət edilib.
     Xatırladaq ki, Şəhid Məmmədov Samir Ramiz oğlu 10 fevral 1986-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunun Zod kəndində anadan olmuşdur. 1989-cu ildə ailəsi ilə birlikdə Göygöl rayonunun Zurnabad kəndinə köçmüşdür. Samir Məmmədov 1992-ci ildə Göygöl rayon Zurnabad kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 2003-cü ildə  həmin məktəbin 11-ci sinfini bitirmişdir.
     2004-cü ilin aprel ayından  2005-ci ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçən Samir Məmmədov 2012-ci ildən “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir.
    27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edən Samir Məmmədov 12 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.  Ailəli idi, 2 övladı var.
Keçidlər