Vətən müharibəsi şəhidi Həsənov Kənan Zirəddin oğlunun ikinci ildönümü məzarı başında qeyd edilib və ailəsi ziyarət olunub
16 oktyabr 2022 | 08:45
16 oktyabr 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Rayon İcra Hakimiyyətinin və hüquq mühafizə orqanlarının məlul şəxsləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri tərəfindən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Həsənov Kənan Zirəddin oğlunun ikinci ildönümündə Gəncə şəhəri Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb. Sonra şəhidin ailəsi evində ziyarət edilib.
Xatırladırıq ki, şəhid Həsənov Kənan Zirəddin oğlu 1 yanvar 2001-ci ildə Göygöl rayonunun Şəhriyar kəndində anadan olmuşdur. 2007-ci ildə Lətif Məhərrəmov adına Göygöl rayon Şəhriyar kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2019-cu ilin iyul ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Kənan Həsənov 12 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Subay olub.