Vətən müharibəsi şəhidi Həsənli Elçin Qəşəm oğlunun ikinci ildönümündə məzarı və ailəsi ziyarət olunub
06 dekabr 2022 | 18:12
06 dekabr 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, hüquq mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, qazilər və kənd sakinləri tərəfindən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Həsənli Elçin Qəşəm oğlunun ikinci ildönümündə Göygöl rayonu Qırıqlı kənd Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb. Sonra şəhidin ailəsi evində ziyarət olunub.
Xatırladırıq ki, şəhid Həsənli Elçin Qəşəm oğlu 6 iyun 1998-ci Göygöl rayonunun Qırıqlı kəndində anadan olmuşdur. 2005-ci ildə Göygöl rayon R.Əsgərov adına Qırıqlı kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2016-cı ilin iyul ayından 2018-ci ilin yanvar ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elçin Həsənli 30 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 6 dekabr 2020-ci il tarixdə Göygöl rayonunun Qırıqlı kənd qəbiristanlığında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.