Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Binnətov Ruslan Rafiq oğlunun ikinci ildönümü məzarı başında qeyd edilib

10 noyabr 2022 | 16:23
10 noyabr 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon Polis şöbəsinin rəisi Zaur Nəsirov, İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, qazilər və kənd sakinləri tərəfindən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Binnətov Ruslan Rafiq oğlunun ikinci ildönümündə Göygöl rayonu Qırıqlı kənd Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb.
Xatırladırıq ki, Şəhid Binnətov Ruslan Rafiq oğlu 22 avqust 2001-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. 2007-ci ildə Göygöl rayonu Haçaqaya kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib, Göygöl rayonu Qırıqlı kənd tam orta məktəbdə təhsilini davam etdirmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2019-cu ilin oktyabr ayından  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Ruslan Binnətov  9 noyabr 2020-ci il tarixdə Xocavənd  rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına” medalı ilə təltif edilib. Subay olub.
Keçidlər