Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Abbasov Seymur Muşfiq oğlunun ikinci ildönümündə məzarı və ailəsi ziyarət olunub

16 noyabr 2022 | 18:33
16 noyabr 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon Polis şöbəsinin rəisi Zaur Nəsirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi İlkin Məmmədov,  İcra Hakimiyyətinin məsul şəxsləri, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri tərəfindən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Abbasov Seymur Muşfiq oğlunun ikinci ildönümü ilə bağlı Göygöl şəhər Şəhidlər xiyabanında məzarı  ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb. Sonra şəhidin ailəsi evində ziyarət edilib.
Xatırladırıq ki, Şəhid leytenant Abbasov Seymur Muşfiq oğlu 20 may 2000-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 2006-cı ildə Göygöl şəhər 3 saylı tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 2017-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2017-2020-ci il tarixlərdə Ali Hərbi Məktəbdə hərbi təhsil almışdır. 4-cü kursda oxuyarkən vaxtından əvvəl leytenant rütbəsi almışdır. 2020-ci ildə “N” saylı hərbi hissədə xidmətini davam etdirmişdir.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Seymur Abbasov 8 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur Döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
Keçidlər