Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi qazisi Qocayev Sübhan Vaqif oğlu Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında diqqət və qayğı ilə qəbul edilib

24 may 2022 | 15:23

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sadiq Abbaszadə tərəfindən qazi Qocayev Sübhan Vaqif oğlu qəbul edilmişdir.

Qəbul zamanı qazimizin maddi-məişət şəraiti ilə maraqlanılmış, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır. Əvvəlki qəbullar zamanı ona sığorta ödənişinin verilməsində, əlilliyin təyin edilməsində və məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə Yaşat Fondunda qeydiyyata alınmasında müvafiq metodiki köməkliklər göstərilmişdir. Qazimiz mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə İcra Hakimiyyətinə müraciət etmiş və toplaması üçün müvafiq sənədlərin siyahısı təqdim edilmişdir.

Xatırladaq ki, Qocayev Sübhan Vaqif oğlu 24 avqust 1993-cü ildə Göygöl şəhərində anadan olmuşdur. 1999-cu ildə Göygöl şəhər 3 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul edilmiş və 2008-ci ilə qədər təhsil almışdır. Daha sonra Göygöl şəhər 5 saylı tam orta məktəbin 9-cu sinfinə qəbul edilmişdir. 2010-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2011-ci ilin oktyabr ayından 2013-cü ilin aprel ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.

           Qazi Qocayev Sübhan Vaqif oğlu 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən Müharibəsi başlayan zaman gedən hərbi döyüşlərə könüllü olaraq qatılmış, Xankəndi və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 9 noyabr 2020-ci il tarixdə Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə barotravma keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi, depressiv sindrom, üzvi emosional labil və partlayış travması almışdır. III dərəcəli əlildir. Hal-hazırda qazimizin müalicəsi davam etdirilir.  

           Qazimiz Sübhan Qocayev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskarlıq və hərəkətlər nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Ailəlidir, 3 övladı var.

Keçidlər