Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi qazisi Muxtarov Elvin Daşqın oğlu Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatında qayğı ilə qəbul edilib

26 may 2022 | 17:09

Qazi Muxtarov Elvin Daşqın oğlu Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev tərəfindən Yaşat Fondunun əməkdaşının iştirakı ilə qəbul edilmişdir.

Qəbul zamanı qazimizin maddi-məişət şəraiti ilə maraqlanılmış, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbət aparılmışdır. Əvvəlki qəbullar zamanı ona sığorta ödənişinin verilməsində, maşın növbəliyinə yazılmasında, əlilliyin təyin edilməsində, məişət şəraitinin yaxşılaşdırılması və təhsil haqqının ödənilməsi istiqamətləri üzrə Yaşat Fondunda qeydiyyata alınmasında müvafiq metodiki köməkliklər göstərilmişdir.

Xatırladaq ki, Muxtarov Elvin Daşqın oğlu 17 sentyabr 1999-cu il tarixdə Göygöl rayonunun Xaqani kəndində anadan olmuşdur. 2006-cı ildə Göygöl rayon Nadil kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2017-cı ilin oktyabr ayından 2019-cu ilin aprel ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.

           Qazi Muxtarov Elvin Daşqın oğlu 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən Müharibəsi başlayan zaman gedən hərbi döyüşlərə könüllü olaraq qatılmış, Tərtər rayonu və Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 29 sentyabr 2020-ci il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə odlu silah yaralanması, sol dirsək sümüyünün distal başının açıq yerdəyişmiş sınığı, sümük defekti və dirsək sinirinin tam zədələnməsi ilə müşayət olunan bilək nahiyəsini dəlib-keçən güllə yarası almışdır. III dərəcəli əlildir. Hal-hazırda qazimizin müalicəsi davam etdirilir.  

           Qazimiz Elvin Muxtarov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” və Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə”  medalları ilə təltif edilmişdir. Subaydır.

Keçidlər