Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq və gənclərin milli-mənəvi dəyər ruhunda tərbiyə olunması” mövzusunda maarifləndirici tədbir keçirilib

19 may 2023 | 19:55
Göygöl Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Göygöl rayon Hacıməlik qəsəbə 1saylı tam orta məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər xalqımıza məxsus olan zəngin milli-mənəvi dəyərlər sistemindən danışaraq, müasirlik, yenilik və eyni zamanda, milli-mənəvi dəyərlərə, milli köklərə bağlılıq kontekstində tərbiyə edilən uşaq və gənclərin sağlam gələcək demək olduğunu vurğulayıblar.
Radikal dini cərəyanlar haqqında ətraflı məlumat verən çıxışçılar, gənclərin milli-mənəvi dəyərlərə sadiq, təhsilli və bilikli olmalarının dini radikalizmə, xurafat və mövhumata qarşı tutarlı amil olduğunu qeyd ediblər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub. Sonda iştirakçılarının sualları cavablandırılıb.
Keçidlər