“Uşaq hüquqları” mövzusund maarifləndirmə tədbiri keçirilib
Əhali arasında hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi işinin səmərəliliyini artırılması məqsədilə "İnsan Hüquqları Aylığı" çərçivəsində Göygol Rayon İcra Hakimiyyəti, Göygöl rayon Gənclər Evi və Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkiatçılığı ilə"Uşaq hüquqları" mövzusunda maarifləndirmə tədbir təşkil olunub. Tədbirdə Göygol Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında fəaliyyət göstərən "YYC-in işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının, Göygöl Gənclər Evinin SXM-nin və Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin məsul işçiləri, məktəb psixoloqları, uşaq birliyinin rəhbərləri və Peşə məktəbinin şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən təlimçilər uşaq hüquqları dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hər birinin təyinində istifadə edilən universal anlayış olduğunu, uşaq hüquqlarının müxtəlif növ zorakılıq və istismardan qorunmalı olduğunu ifadə edərək qeyd etdilər ki, bu hüquqlar uşaqlara qayğının göstərilməsi, zorakılıq, cəzalandırma, hərbi münaqişələrə cəlb edilmə, uşaq əməyinin istismarı, narkotik maddələrin istifadəsi və istismarı kimi məsələləri əhatə etdiyindən danışdılar. Tədbir məktəb psixoloqları və gənclərin iştirakı ilə diskussiya şəraitində davam etdi. Gənclərin çoxsaylı sualları ətraflı cavablandırıldı, onlara hüquqi məsləhətlər verildi.