Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Göygöl rayonunda qeyd olunub

10 may 2022 | 17:54

Heydər Əliyev fenomeni Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir. Çünki Azərbaycanın 34 il dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu böyük şəxsiyyət bütün dövrlərdə titanik zəhməti, tükənməz enerjisi, işıqlı zəkası və qətiyyətli iradəsi ilə xalqının, vətəninin, dövlətinin xidmətində dayanıb.

       Bu mənada dövlətimizin, xalqımızın, hər birimizin  taleyində Heydər Əliyev dühasının zərrəsi var. Bu faktın özü hər birimiz üçün qurur və iftixar mənbəyidir. Ulu öndər Heydər Əliyev bir çox siyasi xadiminin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirib, əməlləri, yaratdıqları ilə ən yeni tariximizin parlaq, işıqlı səhifəsini yaradıb.

       Ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqımızın rifah halının daha da yaxşılaşdırılması üçün çalışıb. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq həm də əsl dövlət idarəçiliyi məktəbinə çevrilib, milli dövlətçiliyimizin ideya əsasını yaradıb. 

Bu gün Azərbaycan xalqı fəxr edir ki, dahi siyasətçi Heydər Əliyevin qurub yaratdığı dövlət müstəqilliyinin inkişafı üçün bütün qüvvə və bacarığını əsirgəməyən, ölkəmizin xoşbəxt gələcəyi naminə böyük, əzəmətli quruculuq işlərinə ustalıq və səriştə ilə rəhbərlik edən,   Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev kimi Prezidentimiz var. Ali Baş Komandanın əmri ilə və dəstəyi ilə işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olunaraq   Respublikamızın ərazi bütövlüyü bərpa olunub. Böyük iftixar hissi ilə deyə bilərik ki, Respublikamızın Dövlət Müstəqilliyi günü-gündən güclənir və inkişaf edir.

Ulu öndər Heydər Əliyevin böyük ideyaları, amalları bu gün də bizim yolumuza nur saçır, xoşbəxt gələcəyə səsləyir. Nə qədər ki, Azərbaycan var, Ümummilli lider Heydər Əliyev də bizimlə olacaqdır!

          Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Göygöl rayon İcra hakimiyyətinin təşəbbüsü ilə Göygöl rayonunda silsilə tədbirlər həyata keçirilib, həmçinin  10 may 2022-ci il tarixində isə Göygöl Rayon İcra Hakimiyyətinin İnzibati binasının qarşısında ucaldılmış Ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla anılıb.

Keçidlər