Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib

03 may 2023 | 12:26

Göygöl Rayon İcra hakimiyyəti, Göygöl Gənclər Evi və Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon nümayəndəliyinin birgə təşkilatçılığı, YAP Göygöl Rayon Təşkilatının dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib. İlk olaraq Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla anılıb. Sonra Gənclər evində dəyirmi masa ətrafında gənclərlə görüş keçirilib. Bədii hissə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan danışılıb, ictimai-siyasi həyatın bütün sahələrində böyük zirvələr fəth edən müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyevin tarix və xalq qarşısında gördüyü işlərdən bəhs olunub. Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirilib. Daha sonra musiqiçilər öz ifaları ilə çıxış etdilər. Şagirdlər və gənclər Ulu Öndərə həsr olunmuş şerlər, kompozisiyalar nümayiş etdirərək, rəqslərlə çıxış ediblər.

Keçidlər