Şriftin ölçüsü :

Saytın rəngi :

Turizmin hazırda aktual olan növlərindən biri də ekoturizmdir

06 mart 2023 | 10:29
Turizmin hazırda aktual olan növlərindən biri də ekoturizmdir. Ekoturizm yeni bir anlayış olub, son illərdə tez-tez işlədilir. Müxtəlif zamanlarda fərqli adlarla təqdim olunub, təbiət əsaslı turizm, yumşaq turizm, yaşıl turizm, məsul turizm, alternativ turizm, mədəniyyət turizmi, elmi turizm, aqro-turizm, araşdırma turizmi və s. Bu mənaların hər biri prosesin müxtəlif tərəflərini adlandırdığı üçün onların hamısı bir-birinə bərabər tutulmur. Hazırda ən çox yayılmış forma-ekoturizmdir.
Göygöl rayonunda 2018-ci ildən etibarən "Göygöl" Milli Parkında 10 istiqamətdə ekoturizm marşrutu təşkil olunub. Onların arasında Göygöl, Maralgöl, Qaragöl, Qaragöl 2, Güzgü gölü, Zəli gölü, Göz gölü, Ayı gölü, Cilli gölü, Şanlı göl, Quş gölləri də var.
3065 metr hündürlükdə olan Kəpəz dağına da ekoturizm marşrutu var.
Keçidlər