Tülallar kəndinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə elektrik dayaqları və naqilləri yenisi ilə əvəz edilir
15 dekabr 2022 | 16:20
Göygöl rayonu Tülallar kənd sakinlərinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədi ilə, kəndin çətin relyefdə yerləşməsinə baxmayaraq, Göygöl Elektrik Şəbəkəsi tərəfindən qəzalı vəziyyətdə olan elektrik dayaqları, naqillər və transformator məntəqəsi yenisi ilə əvəz edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir.