“Torpaq qanunvericiliyinin tələblərinə riayət olunması” mövzusunda iclas keçirilib
11 aprel 2023 | 13:01
“Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.11.5. və 4.16.3 bəndlərinə əsaslanaraq torpaq qanunvericiliyinin tələblərinə riayət olunmasını təmin etmək, torpaqlarda istifadəyə və onların mühafizəsinə Dövlət nəzarət tədbirlərini daha da gücləndirilməsi məqsədi ilə Göygöl Rayon İcra Hakimiyyəti başçısının 11 noyabr 2022-ci il tarixli, 310 saylı Sərəncamı ilə yaradılmış Komissiyanın iclası keçirilib. İclasda Komissiya üzvləri və aidiyyəti nümayəndələr iştirak edib.
İclasda Sərəncamdan irəli gələn məsələlərin operativ həllinə nail olunması üçün görülən işlər və qarşıda duran məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. İclasın yekununda torpaqlardan qanunsuz istifadənin qarşısını alması məqsədi ilə icra nümayəndələri, polis sahə müvəkkilləri, bələdiyyələr və yaradılmış monitorinq qruplarının vətəndaşlar arasında geniş maarifləndirmə və izahat işlərinin daha da gücləndirilməsi qərara alınıb.