“Sosial və İqtisadi Rifaha Yardım” İctimai Birliyi “Göygöl rayonunda kəndturizmi və aqroturizim potensialının dayanıqlı inkişafının təbliği” layihəsinin qalibi olub
11 avqust 2023 | 16:50
“Sosial və İqtisadi Rifaha Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsi ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə mövzusu üzrə müsabiqəyə təqdim etdiyi layihə qalıb elan olunmuşdur. Layihənin adı “Göygöl rayonunda kəndturizmi və aqroturizim potensialının dayanıqlı inkişafının təbliği”dir. Layihənin məqsədi Göygöl rayonunda kənd və aqro turizminin imkanlarını öyrənmək, yerli əhali arasında kənd və aqro turizminə maraq yaratmaqla ekoloji mühitin qorunmasına töhvə verməklə bərabər, əhalinin maddi rifahının yüksəldilməsinə dəstək göstərmək, ixtisaslı bələdçilərin hazırlanması, turistlərə xidmət göstərəcək sakinlərə müxtəlif istiqamətlərdə təlimlər vermək, regionda fəaliyyət göstərən turizm şirkətlərinin diqqətini kənd və aqro turizminə yönəltməklə, ölkəmizin sürətlə inkişaf edən turizm sahəsinə töhfə verməkdən ibarətdir.
Layihə cərcivəsində müstəqil ekspert Göygöl rayonunda kənd və aqroturizm xidmət sektorunda iştirak edən müxtəlif fərdlərdən ibarət 40 nəfərə təlimlər təşkil olunacaq.