Səyyar qəbulda qaldırılan məsələlər öz həllini tapır
18 yanvar 2023 | 18:28
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən irəli sürülmüş rəy və təkliflər xüsusi nəzarətə götürülür, həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Belə ki, 23.11.2022-ci il tarixdə Göygöl rayonu Sarısu kəndində keçirilən səyyar qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin icrası ilə bağlı tərtib olunmuş Tədbirlər Planına uyğun olaraq Göygöl Elektrik Şəbəkəsi tərəfindən 10 kv-luq Sarısu hava xəttində qəzalı, çürümüş vəziyyətdə olan taxta dayaqlar yenisi ilə əvəz edilib, eyni zamanda yeni elektrik naqilləri çəkilib. Bu istiqamətdə işlər davam edir.