Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin əziz xatirəsi Göygöldə ehtiramla yad olunub

27 sentyabr 2022 | 18:42

    27 sentyabr “Anım günü” Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. “Anım günü” ilə bağlı Göygöl şəhəri Şəhidlər xiyabanında ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin  başçısı Elvin Paşayev, Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının və  digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər, rayon Ağsaqqalları, ziyalılar və rayon ictimaiyyəti iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhlarına dualar oxunub və 12:00-da igid  Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Sonra Şəhid məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb.

Keçidlər