Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər bizim qürur mənbəyimizdir

28 sentyabr 2022 | 14:14
     Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.
     Göygöldə də şəhid adının hər zaman uca tutulması və hər bir işdə şəhid ailələrinə dəstək göstərilməsi diqqət mərkəzindədir.
     27 sentyabr 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin  başçısı Elvin Paşayev, Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonun hüququ-mühafizə orqanlarının rəhbərlərinin birgə iştirakı ilə  13 sentyabr 2022-ci il  tarixində Ermənistanın növbəti təxribatı nəticəsində şəhid olmuş Əliyev Üzeyir Sabir oğlunun ailəsi ziyarət edilərək, şəhidin əziz xatirəsi yad edilib, barəsində xoş təəssüratlar danışılıb.
   Sonra isə Vətən Müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinin raket zərbələrinə məruz qalması nəticəsində dağılmış  ərazilər ziyarət edilib, terror qurbanları böyük ehtiramla anılıb və onların xatirə guşəsi önünə gül dəstələri düzülüb. 
   Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına və ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir. 
    Allah Şəhidlərimizə rəhmət eləsin!
Keçidlər