Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Üzeyir Əliyev Göygöl şəhər Şəhidlər xiyabanında dəfn olunub

14 sentyabr 2022 | 10:41
     Bu gün şəhid Əliyev Üzeyir Sabir oğlu Göygöl şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. 1993-cü il təvəllüdlü müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu Üzeyir Sabir oğlu Əliyevlə ailəsinin yaşadığı Gəncə şəhərindəki evinin önündə vida mərasimi keçirilib.
     Mərasimdə şəhidin yaxınları ilə yanaşı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının, idarə, müəssisə və təşkilat kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
     Xatırladaq ki, Üzeyir Əliyev sentyabrın 13-ü düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.
     Şəhidimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
Keçidlər