Şəhid qardaşı işlə təmin olundu.
Göygöl Rayon İcra Hakimiyyətində şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı göstərilir. Qəbul zamanı onların maddi-məişət şəraiti ilə maraqlanılır, qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazları haqqında maarifləndirici söhbətlər aparılır.
Vətən Müharibəsi şəhidi Cəfərov Surxay Cümşüd oğlunun qardaşı Cəfərov Mahir Cümşüd oğlu yaxın günlərdə Qızılca bələdiyyəsində vergi nəzarətçisi işinə qəbul edilmişdir. Ondan əvvəl şəhidin anası Cəfərova Gülara İmran qızının müraciəti nəzərə alınaraq o, gələcəkdə yeni mənzillə təmin olunması üçün Göygöl rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə mənzil növbəsinə alınmışdır.
Xatırladaq ki, bu günə kimi rayon üzrə 21 nəfər şəhid ailəsi və qazi müxtəlif işlə təmin edilmiş və 43 nəfər mənzil növbəsinə alınmışdır.