Sağlam gənclik sağlam gələcək deməkdir
Göygöl rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın təşəbbüsü ilə “Sağlam gənclik sağlam gələcək deməkdir” devizi altında Göygöl rayon Gənclər evində tədbir keçirilib. Tədbirdə Göygöl rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın sədri Kəmalə İbrahimova və Komissiya üzvləri, təhsil işçiləri və ümumtəhsil məktəb psixoloqları, Peşə məktəbinin tələbələri və müəllim kollektivi, rayon gəncləri və yeniyetmələr iştirak ediblər.
Tədbirdə “Erkən nikahlara yox deyək”, “Məişət zorakılığı ilə mübarizə”, “Dini radikalizm”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzularında məruzələr oxunub və suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına “Narkomaniyaya yox” adlı videoçarx nümayiş olunub.