Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam gənclik naminə narkomaniyaya yox deyək!”

25 oktyabr 2024 | 13:15
Göygöl rayon Polis şöbəsinin təşkilatçılığı ilə rayonun Quşqara kənd tam orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə “Sağlam gənclik naminə narkomaniyaya yox deyək!” mövzusunda görüş keçirilib. Görüşdə Göygöl rayon Polis şöbəsinin rəisi polis-polkovniki Şəmşir Kazımov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Narkomaniyanın insan sağlamlığına və yaşam tərzinə mənfi təsiri barədə geniş və ətraflı məlumat verib. Bildirilib ki, müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. Əvvəllər narkotikdən istifadə təhlükəsi bir neçə ölkə qarşısında dururdusa, artıq vətəndaşlarının narkotizasiyasının acı nəticələrini hiss etməyən ölkə tapmaq demək olar ki, mümkün deyildir.
Vaxtilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəliliyinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya yoluxucu xəstəlik kimi insanlar, xüsusən də gənclər arasında yayılmış, öz ərazisini genişləndirmiş, yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxmışdır. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün azalmasına gətirib çıxarır. Narkotik maddələr daxili orqanların, xüsusən də qaraciyər və böyrəklərin funksiyasını pozur. Narkotik maddələr - tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir.
Keçidlər