Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

31 iyul 2023 | 11:20
Qida Təhlükəsizliyi İnstitutunun “Analitik Ekspertiza Mərkəzi Departamenti’ nin Göygöl Regional Sınaq Laboratoriyasının (GRSL) əsas fəaliyyət istiqaməti heyvan xəstəliklərinin diaqnostikasıdır. Laboratoriya 2-ci biotəhlükəsizlik səviyyəsinə uyğun təsis edilmiş və 09.09.2021-ci il tarixdə ISO 17025:2017 Standartının tələbləri əsasında Milli akkreditasiyadan keçmişdir. 04.11.2022-ci il tarixdə Milli akkreditasiya qurumu tərəfindən qiymətləndirilmədən keçmişdir.
Göygöl Regional Sınaq Laboratoriyasının mütəxəssisləri beynəlxalq təşkilatların brusellyoz xəstəliyinin təyini üzrə Roz-Benqal sınağı müayinə metodu ilə, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasının və Milli Referens Laboratoriyasının peşəkarlıq sınaqlarında uğurlu nəticələr əldə etmişdir.
Laboratoriyada xəstəliklərin diaqnozu müvafiq olaraq seroloji (RBS. KBR. KUMBR və ELİSA), mikrobioloji və molekulyar-genetik üsul olan PZR vasitəsilə müayinəsi ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) Təlimatına istinad edilərək aparılır.
Keçidlər