Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

30 sentyabr 2024 | 10:11
Bu gün Göy-göl gölünün yaranması günüdür.
1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsuçayın qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göy-göl gölü yaranmışdır.
Göy-göl gölü dəniz səviyyəsindən 1556 metr hündürlükdə yerləşir. Sahəsi 79 hektar, ən dərin yeri isə 96 metrdir. Uzunluğu 2450 metrə, ən enli yeri isə 595 metrə çatır. Əsasən yağıntı və Yuxarı Ağsu çayının suları ilə qidalanır.
Gölətrafı meşəliklərdə çox sayda ağac və kol, o cümlədən müxtəlif növ dərman bitkiləri, maral, cüyür, ayı, qaban, canavar, tülkü, çaqqal, porsuq, meşə pişiyi, vaşaq yayılmışdır.
Keçidlər