Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

29 aprel 2024 | 09:50
Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aşıqlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan, Aşıqlı, Keşkü və Üçbulaq kəndləridir.
Aşıqlı kəndinin yaranma tarixi XIX əsrin sonları XX əsrin əvvəllərinə təsadüf edir .Kəndin ilk adı Varaşirovka sonra Qaryağdı hal-hazırda Aşıqlı adlanır. Ərazisi 19,96 kv.km-dir. Kənd 447 təsərrüfatdan ibarətdir,1462 nəfər əhalisi var. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq, maldarlıq və eyni zamanda kənd ərazisindən ekoturizm marşurutu keçdiyi üçün kənd turizmi inkişaf etmişdir. Aşıqlı kəndində 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana filialı, 1 poçt, 1 sənətkarlıq klubu, 4 gündəlik tələbat malları mağazası 8 ictimai iaşə obyekti, (restoran) 1 avtomobil təmiri sexi fəaliyyət göstərir. Aşıqlı kəndinin ərazisində Qoşabulaq və Gözəlbulaq adlanan təbii bulaqlar mövcuddur, hal-hazırda həmin bulaqlar vasitəsilə kənd əhalisinin bir qisminin içməli suya olan tələbatı ödənilir.
Keşkü kəndinin yaranma tarixi XIX əsrin sonları XX əsrin əvvəllərinə təsadüf edir. Ərazisi 3,90 kv.km-dir. Kənd 158 təsərrüfatdan ibarətdir, 490 nəfər əhalisi var. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və maldarlıqdır. Keşkü kəndində 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana filialı, 1 gündəlik tələbat malları mağazası, 2 ictimai iaşə obyekti, (restoran) 1 namazgah fəaliyyət göstərir.
Üçbulaq kəndinin yaranma tarixi XIX əsrin sonları XX əsrin əvvəllərinə təsadüf edir. Kəndin əvvəlki adı Murud sonradan Dərələyəz hal-hazırda Üçbulaq adlanır. Ərazisi 7,78 kv.km-dir.Kənd 63 təsərrüfatdan ibarətdir,226 nəfər əhalisi var. Əhalinin böyük əksəriyyəti 1988-ci ildə Qərbi Azərbaycandan departasiya olunmuş vətəndaşlarımızdır. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və maldarlıqdıq. Üçbulaq kəndində 1 ümumi orta məktəb, 1 kitabxana filialı, 1 gündəlik tələbat malları mağazası, 1 mineral su sexi fəaliyyət göstərir. Üçbulaq kəndinin ərazisində bir neçə təbii bulaqlar mövcuddur. Üçbulaq adlanan təbii bulaq vasitəsilə əhalinin içməli suya olan tələbatı ödənilir.
Keçidlər