Sabahın xeyir, #Göygöl!
28 oktyabr 2024 | 11:04
Ölkəmizdə turizm yetərincə inkişaf etmişdir və etməkdədir. Göygöl şəhəri özü də turizm bölgəsi olduğu üçün, Göygöl Peşə Məktəbində Turizm sahəsində iaşə mütəxəssis ixtisası üzrə ixtisaslı kadrlar hazırlanmasında istehsalat təlimi ustası İsayeva Elnarə Eldar qızı fəaliyyət göstərməkdədir və tələbələrimizə Turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasında Aşbaz, Qənnadçı, Barmen və Ofisiant peşəsinin sirlərini dərindən aşılayır. İxtisası bitirən mütəxəssislər otel və turizm sahəsində çalışan ictimai iaşə sektorunun, ərzaq xidməti müəssisələrinin və özəl şirkətlərin simasıdır. Əsas menyunu planlaşdıran mütəxəssis xammalı seçir müştərilər üçün ərzağı hazırlayır və onun bişirilməsinə köməklik edir. Müxtəlif təamların hazırlanması və servisini formalaşdırır onları müxtəlif üsullarla bəzəməyi öyrədir.
Təhsilini başa vuran ixtisaslı kadrlar müxtəlif otellərdə və kafelərdə xidmət göstərə bilərlər.