Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

27 noyabr 2023 | 14:20
Mədəniyyət bizim kimliyimiz, mənəviyyatımızın göstəricisidir. Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayon Mədəniyyət Mərkəzi öz vəzifə və hüquqlarından istifadə edərək istedadlı və yaradıcı insanların üzə çıxarılmasına, onların tanıtdırılmasına, rayon tədbirlərində iştirak etmələrinə dəstək göstərir. Bu sahədə daha çox iş Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən “Nərgiz” xalq kollektivinin üzərinə düşür. “Nərgiz” xalq kollektivi 1974-cü ildə “Xalq” özfəaliyyət kolektivi kimi fəaliyyətə başlayıb. Kollektivin öncə 17 nəfər üzvü olub. 2022-ci ildən kollektivin adı dəyişirilərək “Nərgiz” xalq kollektivi kimi fəaliyyətini davam etdirib. Hazırda “Nərgiz” xalq kollektivinin 110 nəfər üzvü var. Kollektivə yaradıcılıqla məşğul olan yaşlı nəslin nümayəndələri, istedadlı uşaq və gənclər cəlb olunub. Kollektivin fəal üzvlərindən tamaşaçıların sevimlisi, xanəndə, muğam ustası Məzahir Əliyevi, istedadlı müğənni Sarvan İsmayılovu, Elmin Məmmədovu, gənc müğənni İsmət İsayevi, Rabil Hacıyevi, gənc xanəndə Leyla Mehdiyevanı, rəqqasə Nuray Məmmədovanı indi hər kəs tanıyır və sevir.
Məzahir Əliyev - Göygöl rayonu Çaylı kəndində anadan olub. Gəncə Dövlət Pedaqoji İnistitunun dil-ədəbiyyat fakültəsini bitirdikdən sonra müəllimlik fəaliyyətinə başlayıb. 1982-2000-ci illərdə Gəncədə fəaliyyət göstərən “Göygöl” Dövlət mahnı və rəqs ansanbılının, sonra Dövlət Neft Şirkəti nəzdində “Neftçi” dövlət mahnı və rəqs ansanbılının solisti kimi fəaliyyət göstərib. Ustad səviyyəsində təqdim etdiyi mahnılar tamaşaçılar tərəfindən daim böyük rəğbət hissi ilə qarşılanır.
Sarvan İsmayılov - 1978-ci ildə Göyçə mahalında ziyalı ailsində anadan olub. Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbini və Gəncə şəhər Qənbər Hüseynli adına musiqi texnikomunu bitirib. Hazırda Göygöl rayon Aşıq Şəmşir adına musiqi məktəbində müəllim kimi çalışır. Bəstəkar mahnılarının və klassik musiqilərinin mahir ifaçısıdır.
Elmin Məmmədov - Göygöl rayonu Keşkü kəndində anadan olub. Xanəndə Sərdar Bağırovun tələbəsidir. Göygöl rayon Mədəniyyət Mərkəzinin Qırıqlı kənd Folklor evində metodist kimi çalışır. Repertuarı daha çox xalq və aşıq mahnıları ilə zəngindir.
İsmət İsayev - Göygöl şəhər 5 nömrəli tam orta məktəbin məzunudur. Hələ uşaq ikən məktəbin və rayonun bütün tədbirlərində iştirak edib. Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbin xanəndəlik sinfində ilk musiqi təhsilini alıb, Azərbaycan Konservatoriyasının solo-vokal sinfinin bakalavr və magistr pilləsini bitirb. Bir çox musabiqələrin lauriatı və qalibidir.
Rabil Hacıyev - Göygöl şəhər 1 nömrəli tam orta məktəbin məzunudur. Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin xanəndəlik sinfində ilk musiqi təhsilini alıb. Ağdam Musiqi Kollecini bitirib. 2023-cü ildə İctimai televiziyada yayımlanan “Səs Azərbaycan Doğma nəğmələr” adlı müsabiqədə iştirak edib. Hal-hazırda Göygöl Gənclər evində yaradıcılıq klubunun rəhbəri vəzifəsində çalışır.
Leyla Mehdiyeva - əslən Ağdamlıdır. Göygöl rayonu Hacıməlik qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdidir. Gəncə Uşaq İncəsənət Musiqi məktəbin xanəndəlik sinfində təhsil alır. Musiqi sahəsində bir çox nailiyyətləri var. Daha çox muğam sənətinə meyl göstərir.
Nuray Məmmədova - Göygöl şəhər 1 nömrəli tam orta məktəbin şagirdidir. Nurayın rəqs və idman sahəsində nailiyyətləri var. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Uşaq İncəsənət Festivalının iştirakçısıdır.
Keçidlər