Sabahın xeyir, #Göygöl!
27 may 2024 | 10:00
Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “27” iyun 2018-ci il tarixli, 402/k saylı əmrinə əsasən yaranmışdır. 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisi 23346.6 ha təşkil edir. Bundan Göygöl rayonunun xidməti ərzsisinə 11496.5 ha düşür. Göygöl rayonun xidməti ərazisində Hacıkənd və Zurnabad meşəbəylikləri fəaliyyət göstərir. 2024-cü ilin I rübü ərzində plan-proqnoza əsasən Mərkəzin Hacıkənd meşəbəyliyinin xidməti ərazisində cəmi 60 ha meşə əkini, səpini və doldurma işləri aparılmışdır. Aparılmış meşə bərpa tədbirlərində Hacıkənd meşəbəyliyinin 2, 3 və 4 saylı meşə dolayılarında meşə əkini, səpini və doldurma işləri 60 ha aparılaraq 36874 ədəd göyrüş, qoz, çökə cinsindən toxmacar 866 kq isə palıd toxumdan istifadə edimişdir. Bununla yanaşı əkilmiş meşə əkinlərinin kənar təsirlərdən qorunması üçün 7.6 km yeni çəpər çəkilmiş, 10 km isə köhnə çəpərlər təmir edilmişdir. Həmçinin yanğına qarşı mübarizə tədbirləri çərçivəsində 8.300 km yeni mineral zolaqlar çəkilmiş, 4.500 km isə köhnə mineral zolaqlar təmin edilmişdir. Onu da qeyd edək ki, təşkilatların və əhalinin qış yanacağına olan təlabatının qismən təmin edilməsi üçün Mərkəzin Göygöl rayonu üzrə 2184.34 kub metr həcmində oduncaq tədarükü proqnozlaşdırılaraq əhaliyə, təşkilat, fiziki şəxslərə, hərbi hissəyə və nümayəndəliklərə satışı həyata keçirilmişdir.
Mərkəzin Zurnabad meşəbəyliyinin xidməti ərazisində 1 ha tinglik sahəsi mövcüddür. Tinglik sahəsinə ümumilikdə 271 kq tuya, eldar şamı, adi göyrüş, qoz və çökə toxumları səpilmişdir. Səpilmiş səpindən 100 mindən artıq toxmacarın yetişməsi proqnozlaşdırılmışdır. Həmçinin hal-hazırda tinglik sahəsində 20000 ədəd böyütmə sahəsində toxmacar vardır. Bu yönümdə işlər davam edir.