Sabahın xeyir, Göygöl!
26 may 2025 | 10:14
Şəhid Həsənov Tarix Sucayət oğlu 30 yanvar 1986-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunun Təpəkənd kəndində anadan olmuşdur. 1988-ci ildə ailəsi ilə birgə Göygöl rayonunun Çaykənd kəndinə köçmüşdür. Tarix Həsənov 1992-ci ildə E.Xanlarov adına Göygöl rayon Çaykənd kənd ümumi orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2003-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2004-cü ilin oktyabr ayından 2006-cı ilin aprel ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2009-cu ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Tarix Həsənov 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 26 yanvar 2021-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, ”Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Evli idi, 2 övladı var.