Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

25 dekabr 2023 | 10:21
Göygöl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əsas fəaliyyəti rayon əhalisinin sağlamlığının qorunması, infeksion və parazitar xəstəliklərin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir. Əsas istinad etdiyi qanun “Sanitariya–Epidemioloji Salamatlıq haqqında“ Azərbaycan Respublikasının Qanunudur.
Göygöl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin struktur bölmələri idarəetmə aparatı, Epidemioloji şöbəsi, Sanitariya-gigiyena şöbəsi və Sanitariya-gigiyena laboratoriyasından ibarətdir.
Epidemioloji şöbə yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvənd işləri və parazitar xəstəliklərə qarşı mübarizə və profilaktika işini yerinə yetirir. Peyvənd materiallarını alıb ASM-lərə çatdırılmasını təmin edir.
Sanitariya gigiyena şöbəsi rayon üzrə bərk məişət tullantılarının daşınması, içməli su təchizatı, kanalizasiya sistemi, apteklər, çamaşırxanalar, gözəllik salonları, müalicə - profilaktika müəssisələrinə sanitariya nəzarətini həyata keçirir. Məktəblərdə, bağçalarda, texniki-peşə məktəblərində, uşaq müəssisələrində olan mütəşəkkil uşaq kontingenti arasında yoluxucu xəstəliklərin profilaktikasına nəzarət edir.
Müəssisə 1946-cı ildən fəaliyyət göstərir, ştat sayı 43, faktiki işçilərin sayı 30 nəfərdir. İki avtomobili, kifayət qədər texniki avadanlıqları və vasitələri, dezinfeksiyaedici maddələri ehtiyyatı vardır.
Müqavilə əsasında təşkilatlarda və vətandaş müraciətlərinə əsasən mənzillərində dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılır.
Göygöl rayon üzrə 2023-cü ilin 11 ayı ərzində 64939,2 m2-lik sahədə dezinfeksiya, 23050 m2-lik sahədə deratizasiya, 13320,7m2-lik sahədə dezinseksiya işləri görülmüş, o cümlədən 24.08.2023-cü il tarixində ölkə başçısının gəlişi ilə əlaqədar Göygöl Milli Parkı ərazisindəki İqamətgahda və digər vacib yerlərdə 6500 m2-lik sahədə dezinfeksiya işləri aparılmışdır.
15.12.2023-cü il tarixində Göygöl Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru tərəfindən GEM-in işçi qrupları ilə Xankəndi şəhərində şərti olaraq Təhsil Nazirliyinə məxsus hər biri beş və səkkiz binadan ibarət iki yaşayış kompleksində (13 bina) və Əmlak Komitəsinə məxsus inzibati binada sanitar vəziyyətə baxış və profilaktiki dezinfeksiya, dezinseksiya işləri aparılmışdır.
11 ay ərzində 3 nöqtədən götürülmüş 22 ədəd su nümunəsi müayinə üçün Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə və hər rüb Bakterioloji və fiziki–kimyəvi müayinələr üçün 4 nöqtədən götürülmüş su nümunəsi Respublika GEM-nə göndərilmişdir. Su nümunəsinin nəticələri mənfi qeyd edilmişdir.
11 ay ərzində 5 şikayət ərizəsi daxil olmuşdur və şikayətlər yerində araşdırılmışdır. Anti- sanitar vəziyyətin aradan qaldırılması barəsində xəbərdarlıq edilmişdir.
Keçidlər