Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

25 sentyabr 2023 | 10:13
Göygöl rayonu ərazisində dadına və keyfiyyətinə görə bir-birindən fərqli bulaqlar mövcuddur. Üçtəpə, Tülallar, Topalhəsənli, Dozular, Üçbulaq, Toğanalı kəndlərinin ərazisində yerləşən bulaqları misal göstərmək olar.
Üçtəpə kəndində Silsar və Heyvalı bulaqları mövcuddur. Silsar adlanan bulağın 60 ildən artıq tarixi var. Gəncə çayının sahilində qayalıq olan ərazidən çıxır və boru vasitəsilə kəndin bir neçə yerində quraşdırılmış bulaqlardan təxminən 300-dən artıq ailə içməli su kimi istifadə edirlər. Heyvalı bulağı isə 50 ildən artıq tarixi var. Bulaq Gəncə çayının sahilində yerləşir. Bulağın suyu boru vasitəsilə kəndin bir neçə yerində quraşdırılmışdır. Bulaqdan təxminən 150-ə yaxın ailə içməli su kimi istifadə edir.
Tülallar kəndi ərazisində Qarağatlı bulağı, Soyuq bulaq, Armudu bulaq, Astan bulağı, Sara bulağı, Məşədi Abbas bulağı, Cüyür bulağı, Qoşa bulaq, Dərin bulaq və sair bulaqlar mövcuddur.
Qarağatlı bulağı adından məlum olduğu kimi ətrafında qarağat kolları olduğuna görə belə adlandırılır. Zurnabad Tülallar yolunun yaxınlığında Tülallar kəndindən 4 km aralıda yerləşir.
Soyuq bulaq həddindən artıq soyuq olduğu üçün belə adlanır. Hacıkənd-Tülallar avtomobil yolu yaxınlığından keçir, Tülallar kəndindən 2.5 km məsafədə yerləşir.
Armudu bulaq kəndin girəcəyində yerləşir, bulağa qədər məsafədə Armud ağacları çox olduğu üçün belə adlanır. 7 ailə bu sudan istifadə edir.
Topalhəsənli kəndi ərazisində olan bulaq yolun kənarında yerləşir. Bulaqdan 200-ə yaxın ailə və kəndə gələn turistlər istifadə edir.
Dozular kəndi ərazisində yerləşən Mirzə bulağı yeraltı sular nəticəsində yaranmışdır. Yaranma tarixi məlum deyil. 1996 - cı ildə yerli əhali tərəfindən cari təmir olunmuşdur. Bulaq kəndin yaşayış yerindən uzaq olduğuna görə gündəlik su ehtiyacını ödəmək üçün istifadə olunmur.
Üçbulaq kəndində yerləşən bulaq Üçbulaq bulağı adlanır. Kəndin adı həmin bulağa istinadən qoyulub.
Toğanalı kəndi ərazisində Turşsu bulağı vardır. Turşsu bulağının adı məlum olduğu kimi suyunun turş olması ilə bağlıdır.
Keçidlər