Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

24 iyul 2023 | 09:03
Aqroturizm kənd turizminin bir növü olmaqla, turistlərin kənd həyat tərzinə cəlb edilməsinin, eləcə də kənd təsərrüfatı fəaliyyətlərində iştirakının təmin olunmasıdır. Aqroturizm kənd təsərrüfatı ilə turizm sektorlarının kəsişməsindən meydana gələn turizm növüdür.
Aqroturizmin dünyanın müxtəlif hissələrində müxtəlif mənaları var. Aqroturizm fəaliyyətin müxtəlif variantlarını birləşdirir — meyvə yığımını, heyvan yemləməyi, fermada qəlyanaltı etməyi və s.
Rayonumuzun Şəhriyar kəndində fermer İftixar Hüseynova məxsus aqroturizm təsərrüfatı bağçılıq və quşçuluq üzrə fəaliyyət göstərir. Həmçinin, burada bostançılıqla da məşğul olunur. Təsərrüfat sahəsində göl də mövcuddur ki, burada turistlər balıqçılıqla məşğul ola bilirlər.
Keçidlər