Sabahın xeyir, #Göygöl!
Azərbaycanda aqrar sahə geniş struktura malikdir. Kənd təsərrüfatının əsasını torpaq, bitki, günəş enerjisi, su və hava ilə yanaşı istehsalın mexanikləşdirilməsi təşkil edir. Kənd təsərrüfatı texnikasından istifadə etməklə bitkilərin becərilmə texnologiyasına aid olan əməliyyatların yerinə yetirilməsi mümkündur. Kənd təsərrüfatı məhsullarının istehsalında tətbiq edilən yeni maşın, texnika və ya avadanlıqlardan istifadənin dərindən mənimsənilməsi zəruridir. Göygöl Peşə Məktbində “Aqroservis mütəxəssisi” ixtisası uzun illərdir formalaşmış olsada ən son yeniliklərə uyğun olaraq aqroservis xidməti sahələrinə aid həm nəzəri, həm də təcrubi məlumatlar verilir. Göygöl Peşə Məktəbinin İstehsalat Təlim Ustası Zərgərova Vəfa Sayad qızı bir mütəxəssis olaraq tələbələrə kənd təsərrüfatı texnikasının quruluşunu və ondan istifadə qaydalarını öyrədir.