Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

22 iyul 2024 | 09:35
Şəhid leytenant Allahverdiyev Elşad Zaməddin oğlu 5 aprel 1997-ci ildə Göygöl şəhərində anadan olmuşdur. 2003-cü ildə Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2011-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.
2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuşdur. 2014-cü ildə həmin liseyi bitirib Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. Ali hərbi təhsilini 2014-2018-ci illərdə Rusiya Federasiyasında davam etdirmişdir. 2019-cu ildən “N” saylı hərbi hissədə leytenant kimi xidmətini davam etdirmişdir.
27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Elşad Allahverdiyev 23 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 25 noyabr 2020-ci il tarixdə Göygöl Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.
Keçidlər