Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

22 aprel 2024 | 10:05
Göygöl Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Şəhriyar və Kərəmli kəndləridir. Şəhriyar kəndi 1938-ci ildə yaranmışdır. Ərazisi 27.094 km2- dir. Kənd 285 təsərrüfatdan ibarətdir, 1338 nəfər əhalisi var. Bundan başqa kənddə 39 ailə 159 nəfər məcburi köçkün yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Şəhriyar kəndində 2 məktəb (biri Kəlbəcər məktəbidir), 1 körpələr evi – uşaq bağçası, 1 folklor klubu, 1 kitabxana, 1 poçt, 1 həkim məntəqəsi, 1 məscid, 2 mağaza fəaliyyət göstərir.
Kərəmli kəndinin yaranma tarixi XVII əsri əhatə edir. Ərazisi 10.365 km2- dir. Kənd 94 təsərrüfatdan ibarətdir, 452 nəfər əhalisi var. Bundan başqa kənddə 19 ailə 61 nəfər məcburi köçkün yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kərəmli kəndində 1 məktəb, 1 sənətkarlıq klubu, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 mağaza fəaliyyət göstərir.
Keçidlər