Şriftin ölçüsü :

Saytın rəngi :

Sabahın xeyir, #Göygöl!

22 yanvar 2024 | 10:10
Göygöl rayonunda moruq təsərrüfatlarının yaradılmasına və inkişaf etdirilməsinə maraq xeyli artmışdır. Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən bu sahəyə xüsusi diqqət göstərilir.
2023-cü ildə Göygöl rayonunun Səmədli qəsəbəsi ərazisində "FROZENİK" MMC tərəfindən salınmış 11,0 ha intensiv moruq bağında damcı suvarma sistemi tətbiq olunmuşdur. Suvarma sistemini su ilə təmin etmək üçün bir ədəd subartezian quyusu qazılmış və su hovuzu tikilmişdir. Təsərrüfatda hazırda bir neçə növ "Polka”, “Polana” və yerli moruq növləri yetişdirilir. "Polka» moruq növü digərlərindən daha məhsuldar olduğu üçün təsərrüfatda onun yetişdirilməsinə üstünlük verilir. İl ərzində hər hektar sahədən orta hesabla 8-10 ton moruq məhsulunun yığımı proqnozlaşdırılır. Bundan başqa moruq bağının salınması rayon ərazisində əhalinin mövsümü işlə təmin olunmasında öz töhvəsini verəcəkdir. Məhsulun satışı əsasən respublikanın bölgələrində həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Keçidlər