Sabahın xeyir, #Göygöl!
21 avqust 2023 | 09:25
Göygöl Rayon Tarix - Diyarşünaslıq muzeyi 1982 - ci ildə yaranıb. Muzey keçmiş alman Lüteran kilsəsinin binasında yerləşir. Bina 1854 - cü ildə almanlar tərəfindən tikilib. Muzeyin minə yaxın eksponatı var. Eksponatlar eramızdan əvvəl onuncu min illiyə, 19-cu və 20-ci əsrlərə aiddilər. Muzeydə rayonumuzun ərazisinin flora və faunasını əks etdirən, 19-cu və 20-ci əsrlərdə əhali tərəfindən məişətdə və kənd təsərrüfatında istifadə olunan əşyalar, 19-cu əsrdə rayonda yaşayan almanların həyat tərzini əks etdirən fotoşəkillərdən ibarət lövhələr və rayon şəhidlərinin şəkillərindən ibarət lövhələr nümayiş etdirilir.